image-2000x150
image-395546399_336826072233403_5328813203968332866_nbackend

Bu komandanın Xankəndini təmsil edəcəyi təsdiqləndi

image-728x90

Futbol üzrə milli komandamızın sabiq üzvlərinin minifutbol üzrə ölkə çempionatında çıxış edəcəyi barədə məlumat vermişdik. Karyerasını başa vuran Əfran İsmayılovun yaratdığı komandanın adı artıq müəyyənləşib.

Bu barədə sabiq futbolçu Publika.az-a məlumat verib. İsmayılov Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla görüşdə komandanın “Xankəndi” adıyla çıxış etməsinə qərar verildiyini bildirib.

Federasiya rəhbəri ötən gün ilk məşqini keçirən futbolçulara dəstək olacaqlarını bildirib. Məşq edilməsi üçün şərait yaradılacaq və digər məsələlərdə köməklik ediləcək.

Əfran İsmaylovun sözlərinə görə, əsas planlardan biri də yaxın gələcəkdə “Xankəndi”nin təmsil etdiyi şəhərdə ev oyunlarını keçirməsi və rəqiblərini orada qəbul etməsidir. Federasiya rəhbərliyi bununla bağlı da addımlar atacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90