image-rt-reklam
image-1backend

Bu Avropa ölkəsi əhalidən borc istəyir – Ordu üçün

image-728x90

Litvada müdafiə xərclərini maliyyələşdirmək üçün əhalidən borc almaq istəyirlər.

Bu həll variantını Litva Seyminin (Parlamentinin) sədri Viktoriya Cmilyte-Nielsen milli radionun efirində səsləndirib.

O qeyd edib ki, Litvanın siyasi partiyalarının nümayəndələrinin əksəriyyəti belə bir ideyanı dəstəkləyiblər. Cmilyte-Nielsen, “Belə bir qərarda mən dövlətimə inam elementi görürəm, bu son dərəcə vacibdir” deyib.

İqtisadiyyat və İnvestisiya Naziri Auşrine Armonaite, müdafiə krediti istiqrazlarının köməyi ilə ölkənin müdafiəsini maliyyələşdirmək üçün sakinlərin cəlb edilməsini təklif edib.

Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kaçiunasın sözlərinə görə, yaxın 6-7 ildə ölkənin müdafiə kompleksinə əlavə 500 milyon avro lazımdır.

Bundan əvvəl Estoniya bəyan etmişdi ki, 3-5 ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə başlayacaq. Baş nazir Kaja Kallasın sözlərinə görə, Avropanın buna hazırlaşması üçün təxminən beş il vaxtı var.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90