Din xadimləri Britaniyanın xristian ölkəsi olmadığını deyirlər.
Ulusal.az xəbər verir ki, İngiltərə Kilsəsinin ruhanilərinin təqribən üçdə ikisi (64%-dən çoxu) Böyük Britaniyanın artıq xristian ölkəsi olmadığına inanır. Bu, 1200 keşişin iştirak etdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən məlum olub. Məlumatı “The Times” qəzeti paylaşıb.
Bildirilir ki, respondentlərin yalnız dörddə biri(24,2%) “Britaniyanı xristian ölkəsi adlandırmaq olarmı?” sualına müsbət cavab verib. 64%-dən çoxu ölkənin xristian ölkəsi adlandırıla biləcəyini söyləsə də, bunun üçün hələ illərə ehtiyac olduğunu qeyd edib. Keşişlərin 9,2%-i isə konkret olaraq “yox” cavabını verib.