“Biz Praqa və Soçi razılaşmaları əsasında sərhədlərin delimitasiyasına hazırıq.” – Ulusal.az xəbər verir ki, bunu hökumətin iclasında baş nazir Paşinyan bildirib.
“Bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Qarabağ probleminin və Emənistan -Azərbaycan münasibətlərinin danışıqlar yolu ilə həlli siyasətinə sadiq qalırıq və iştirak edirik. Biz həmçinin daha əvvəl qeyd etdiyimiz prinsiplər əsasında regional iqtisadi və nəqliyyat əlaqələrinin yenidən açılmasına hazırıq”, – deyə o əlavə edib.






















