image-rt-reklam
image-defaultbackend

Bişkek dünyanın ən çirkli şəhərləri siyahısına başçılıq edir

image-728x90

Bişkek bazar ertəsi havanın çirklənməsinə görə dünyada birinci yerdədir. Ulusal.az xəbər verir ki, bu barədə havanın keyfiyyət reytinqini dərc edən www.iqair.com saytında məlumat verilir.

Saytın məlumatına görə, Qırğızıstan paytaxtında havanın çirklənməsi 306 AQI (havanın keyfiyyət indeksi) təşkil edir ki, bu da “təhlükəli” səviyyəyə uyğundur.

İkinci yerdə Dəkkə (Banqladeş) – 179 AQI, üçüncüdə Dehli (Hindistan) – 176 AQI qərarlaşıb. Bu şəhərlərdə havanın təmizlik dərəcəsi “zərərli” kimi qiymətləndirilir.

Bu siyahının ilk onluğuna Kəlkütə (Hindistan), Karaçi (Pakistan), Mumbay (Hindistan), Akkra (Qana), Bağdad (İraq), Daşkənd (Özbəkistan) və Lahor (Pakistan) da daxildir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90