Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, yaxın vaxtlarda humanitar yardım ləvazimatları daşıyan 2 təyyarə Türkiyəyə yola düşəcək.
Açıqlamada təyyarələrdən birində səhra xəstəxanasının olduğu bildirilib.
Azərbaycan axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə 420 nəfərdən ibarət xilasedici heyət göndərib.
Şimali Kıbrıs Türkiyə Cümhuriyyəti (KKTC) hərbi hissələr, müxtəlif dövlət qurumları və vətəndaşlar tərəfindən verilən dərman, ərzaq, soba, ədyal, paltar, çadır və digər ləvazimatları daşıyan iki gəmini Türkiyəyə göndərib.
Özbəkistan Prezident Aparatından verilən açıqlamada prezident Şevket Mirziyoyevin göstərişi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən ibarət xilasedici heyət, xüsusi maşın, avadanlıq və humanitar yardım ləvazimatlarını daşıyan təyyarənin Daşkənd hava limanından Türkiyəyə yola düşdüyü bildirilib.
Türkmənistan zəlzələdən zərər çəkmiş bölgələrə xilasedici heyət və humanitar yardım daşıyan təyyarələr göndərib.
Belarus Kahramanmaraşda baş verən zəlzələlərdən sonra dağıntılar altında qalanların xilas edilməsinə dəstək olmaq üçün Türkiyəyə axtarış-xilasetmə dəstəsi göndərəcəyini açıqlayıb.
Gürcüstan dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə axtarış-xilasetmə dəstəsi göndərib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price Kahramanmaraşda baş verən zəlzələ nəticəsində dağıntılar altında qalanların xilas edilməsi üçün 79 nəfərdən ibarən xilasedici heyəti qarşıdakı günlərdə Türkiyəyə gedəcəyini bildirib.
Türkiyənin Vaşinqtondakı səfirliyi də zəlzələdən zərər çəkənlərlə əlaqədar yardım işlərinə başlayıb.
ABŞ-dakı qeyri-hökumət təşkilatları və müxtəlif təşkilatlar zəlzələlərlə bağlı yardım fəaliyyətləri aparır.
Nyu Yorkdakı Türkevidə toplanan yardım ləvazimatları da təbii fəlakətin yaşandığı bölgələrə daşınır.
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə dəstələri və səhiyyə işçilərini göndərdiklərini açıqlayıb.
Rusiya həmçinin zəlzələ nəticəsində yaralananların müalicəsi üçün səhra xəstəxanası göndərib.
Fransa Kahramanmaraşdakı zəlzələlər səbəbindən göndərdiyi 136 nəfərdən ibarət xilasedici heyətin yola düşdüyünü açıqlayıb.
Almaniya Köln şəhərindən 41 nəfərdən ibarət xilasedici heyətin yola düşdüyünü bildirib.
Yaponiyanın zəlzələlərə görə Türkiyəyə göndərdiyi 18 nəfərdən ibarət xilasedici heyət İstanbula gəlib.
Çin Kahramanmaraşda baş verən zəlzələdən sonra Türkiyəyə mülki yardım qrupu göndərib.
Meksika prezident Andres Manuel Lopez Obradorun göstərişi ilə Türkiyəyə 145 nəfərdən ibarət axtarış-xilasetmə dəstəsi göndərib.
Macarıstan hökuməti zəlzələlərlə əlaqədar Türkiyəyə beynəlxalq humanitar yardım əməliyyatına dəstək olmaq üçün 55 nəfərdən ibarət xilasedici heyət göndərib.
Pakistan baş nazir Şahbaz Şərifin göstərişi ilə zəlzələ ilə əlaqədar Türkiyəyə axtarış-xilasetmə dəstəsi göndərib.
Salvador prezidenti Nayib Bukele zəlzələ ilə əlaqədar Türkiyəyə axtarış-xilasetmə dəstəsi göndərəcəyini açıqlayıb.
Şimali Makedoniya da Türkiyəyə 40 nəfərdən ibarət axtarış-xilasetmə dəstəsi göndərmək qərarına gəlib.
Fələstinin Baş naziri Məhəmməd İstiyya Kahramanmaraşda baş verən zəlzələ ilə əlaqədar Türkiyə və Suriyada axtarış-xilasetmə işlərində iştirak etmək üçün mülki müdafiə və tibb qruplarının göndəriləcəyini açıqlayıb.
12-si ərəb ölkəsi olmaqla ümumilikdə 14 ölkə Kahramanmaraşda baş verən zəlzələ ilə əlaqədar Türkiyəyə axtarış-xilasetmə dəstələri və humanitar yardım qrupları göndərəcəklərini açıqlayıb.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol də Kahramanmaraşda baş verən zəlzələ nəticəsində həyatını itirənlər ilə əlaqədar başsağlığı verib və Türkiyə ilə həmrəy olduqlarını ifadə edib.
“Bu çətin zamanda Türkiyə və Suriya xalqının yanındayıq. Koreya yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir. Türkiyəyə hər cür kömək etməyə hazırıq”,-deyə Cənubi Koreya prezidenti qeyd edib.
Yoon Suk-Yeol Türkiyəyə axtarış-xilasetmə dəstəsi və təcili dəstək göndərilməsi ilə əlaqədar göstəriş verib.
Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Caişankar ”Twitter” səhifəsində etdiyi paylaşımda Milli Fəlakətlərə qarşı Mübarizə Qüvvələrinin 50-dən çox axtarış-xilasetmə personalını, xüsusi təlim keçmiş itlər, deşici maşınlar, yardım ləvazimatı və dava-dərmanları daşıyan hərbi təyyarənin Adanaya çatdığını bildirib.
Qətər Türkiyədə baş verən və Suriyada hiss olunan zəlzələlər səbəbindən iki ölkəyə 10 min səyyar ev göndəriləcəyini açıqlayıb.
Moldova prezidenti Maya Sandu sosial media hesabında Moldova Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsinə tabe olan 55 nəfərdən ibarət xilasedici heyətin Türkiyəyə göndərildiyini bildirib.






















