image-2000x150
image-media-0af78c60-d3e0-4cbb-8b30-b11c905ed971-lf9qhayvgt2jicb3kwzu-620x326backend

Bir amal uğrunda şəhid olan iki türk oğlu: biri Kiprdə, digəri isə Azərbaycanda qəhrəmanlıq dastanı yazdı

image-728x90

Yazılan qəhrəmanlıq dastanı çoxları üçün bir yol, vətən aşiqləri üçün azadlıq cığırı idi. Onlar bir-birini tanımasa da, zamanın fərqli dönəmlərində dünyaya göz açsalar da, eyni amalın, eyni əqidənin, eyni yolun yolçusu ola bildilər. Biri uzun illər öncə Kiprin azadlığına gedən yolda, digəri isə erməni təcavüzünə məruz qalmış Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsi uğrunda şəhadət şərbətini içdi. Onların hədsiz zahiri oxşarlığı çoxlarını heyrətdə qoydu. Hətta onların qardaş olduqlarını yazanlar da tapıldı, qohum olduqlarını zənn edənlər də. Həqiqətdə isə o iki cəngavər eyni soyun daşıyıcısı, eyni ağacın qoşa budaqları idi. Onlar türk soylu oğuz atanın övladları, qonşu coğrafiyada eyni əsrin fərqli qərinələrində həyata vəsiqə alan və qanları ilə dastan yazan oğuz oğulları idi.

Bu qəhərmanlıq dastanı necə yazıldı?

image-22222

Bu qəhrəmanlıq epopeyasının proloqunu pilot Çingiz Topel yazanda 1964-cü il idi. Onun idarə etdiyi təyyarə Kipr səmasında xəbərdarlıq uçuşu zamanı yunanların zenit raketinə tuş gəldi.

image-666

Paraşütlə tullanan pilot xilas olmağa çalışsa da, silahlılar tərəfindən ələ keçirildi. Topel günlərlə yunanların işgəncələrinə məruz qaldı, amma yenə də inadından dönmədi və qorxmazlığı, cəsarəti ilə o ali məqamı fəth etdi.

image-bez-nazvaniya

Kiprdə qələmə alınan dastanın epiloqunu isə düz 56 il sonra Azərbaycanda yazdılar. Yəni türk cəngavəri pilot Çingiz Topelin başlatdığı dastana baş leytenant Mahir Dadaşzadə Qarabağda nöqtə qoydu.
Mahirin uşaqlıqdan yeganə arzusu ermənilərin tapdağı altındakı torpaqlarımızı azad etmək idi. Ona görə də orta məktəbi başa vuran kimi H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. “Xidmətimlə Vətənimə, Xalqıma ləyaqətli övlad olacağam” – deyir.

Mahir şəhadətə qovuşduğu ana qədər sözünün üstündə durur. Təcrübəli və tələbkar bir komandir olaraq xidmət etdiyi hərbi hissədə hörmətlə qarşılanır, əsgərləri tərəfindən sevilir. Tabeliyində olanların mətin, vətənpərvər, vətəninə sədaqətli, torpağa bağlı olması üçün qəlbinin odunu, hərarətini verməyi bacarır.
Bu cəsurluğun nümünəsi idi ki, o qısa ömründə 3 müharibənin qəhrəmanı olmağı bacardı.
Köksündə igid ürəyi döyünən qəhrəmanımızın ilk çətin sınağı 2016-cı ilin Aprel döyüşlərində olur. Odlar yurdu üçün canından keçməyə hazır olan Mahir bu ağır savaşda böyük hünər göstərir.
Mahir ikinci savaşa 2020-ci ildə atılır. Həmin ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində öz qəhrəmanlığı ilə dastan yazır.

image-22-1632401026

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Mahir komandiri olduğu bölüklə Murovdağın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda savaşır. Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralını döyüş meydanından çıxarır. Son döyüşünə qədər qarşısına qoyduğu bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Ən böyük arzusu isə Şuşanı görmək olsa da, Mahir bu arzusunu rellaşdıra bilmir. Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mahir Dadaşzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilir.

Döyüşlərdə göstərilən bu rəşadət iki qardaşın – Çingiz və Mahirin qəhrəmanlıq dastanıdır. Bu qəhrəmanlıq eyni amaldan, eyni əqidədən qidalandığı üçün ibrət və örnək olaraq zaman-zaman vərəqlənəcək, yaddaşlara köçərək varlığımızı yaşadacaq. Çünki hər iki qəhrəmanımızın ulu türk yurdunun işğalçılardan təmizlənməsində xidmətləri danılmazdır.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90