image-rt-reklam
image-1668511084_820backend

Bir ailə 820 manata dolana bilərmi? – Ekspert deputatı DƏSTƏKLƏDİ 

image-728x90

Təkliflə bağlı Bizim.Media-ya fikirlərini bölüşən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, minimum əmək haqqını qaldırsaq, inflyasiyadan əziyyət çəkən əhalinin əsas hissəsinin gəlirlərini kompensasiya edə bilərik:

“Azərbaycanda orta statistik ailə 4 nəfərdən ibarətdir. İşləyən iki valideyn minimum əmək haqqı olaraq birlikdə 600 manat alırsa, bu rəqəm adambaşına 4 nəfərlik minimum istehlak səbətinə çatmır. Minimum istehlak səbəti 205 manatdır.

Deməli, bu minvalla 4 nəfərlik ailənin minimum istehlak səbəti hardasa 800 manata yaxın olmalıdır. Fikrimcə, minimum əmək haqqı məhz bu amilə uyğun olaraq nəzərə alınmalıdır. Yəni, iki valideynin aldığı minimum əmək haqqı 4 nəfərin minimum istehlak səbətinin xərclərinə bərabər olmalıdır”.

İqtisadçı qeyd edib ki, minimum əmək haqqı qaldırılarsa, inflyasiya fonunda əhalinin gəlirlərinin kompensasiya edilməsi məsələsi öz həllini tapar:

“Bunu etmək mümkündür. Çünki minimum əmək haqqı başqa heç bir xərclərdə istifadə edilmir. Bahalaşan qiymətləri cilovlaya bilmirlər. İnflyasiya şəraitində onun cilovlanması tədbirlərdən biridir, digər tədbir isə həmin şəraitdə əhalinin gəlirlərinin nominal şəkildə bərpa olunmasıdır. Bu məntiqlə minimum əmək haqqını qaldırsaq, inflyasiyadan əziyyət çəkən əhalinin əsas hissəsinin gəlirlərini də kompensasiya edə bilərik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90