Özbəkistanda XİN başçısının səlahiyyətlərini icra edən Bəxtiyar Səidov xarici işlər naziri vəzifəsinə təyin olunub.
Modern.azxəbər verir ki, Özbəkistan XİN-in mətbuat xidmətinin rəhbəri Əhrar Burxanov bu barədə tviter səhifəsində paylaşım edib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Bəxtiyar Saidov xarici işlər naziri postunu tutub.
2021-2022-ci illərdə Özbəkistanın milli təhsil naziri olmuş Səidov ötən ilin dekabrından xarici işlər nazirini əvəz edirdi.