image-2000x150
image-1backend

Benyamin Netanyahu Qərb müttəfiqlərini tənqid edib

image-728x90

İsrailin baş naziri Benyamin Netanyahu Qərb müttəfiqlərini tənqid edərək, onları HƏMAS-a qarşı mübarizədə ölkəni məğlubiyyətə aparacaq seçkilər təşkil etməkdə ittiham edib.

Vətəninfo.az xəbər verir ki, baş nazirin sözlərini Financial Times nəşri sitat gətirir.

“Həqiqətən, Holokostdan sonra yəhudilərin ən dəhşətli qətliamı olan 7 oktyabrı bu qədər tez unutmusunuz? Həqiqətənmi İsrailin HƏMAS canavarlarına qarşı özünü müdafiə etmək hüququndan məhrum etməyə bu qədər tezsiniz? Doğrudanmı əxlaqi vicdanınızı bu qədər tez itirdiniz?’ – Netanyahu Yerusəlimdə hökumət nazirləri ilə görüşdən əvvəl deyib.

Netanyahu vurğulayıb ki, beynəlxalq ictimaiyyətin bəzi nümayəndələri İsrail Müdafiə Qüvvələrinə, İsrail hökumətinə və İsrailin baş nazirinə qarşı saxta ittihamlar irəli sürürlər. Onun sözlərinə görə, onlar bilirlər ki, seçkilər müharibəni dayandıracaq və ölkəni ən azı altı ay iflic vəziyyətinə salacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90