image-2000x150
image-image_750x_63fc72fc632dbbackend

Belarusda Rusiya təyyarəsini kim partladıb?  -Rusiyaya 330 milyon dollar ziyan dəydi

image-728x90

Minskdən 12 kilometr aralıda yerləşən Maçulişçi hərbi hava limanında baş verən partlayışlar nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin A-50U desant təyyarəsi ciddi zədələnib.

Ulusal.az xəbər verir ki, partlayışa  görə məsuliyyəti Belarus partizanları öz üzərinə götürüb.

BYPOL QHT-nin rəhbəri Aleksandr Azarov bildirib ki, təhlükəsizlik qüvvələrinin həbs etməyə çalışdığı diversantlar artıq Belarusu tərk ediblər.
“Əməliyyat iştirakçıları belaruslardır, “Pobeda” planının iştirakçılarıdır, onlar indi ölkə sərhədlərini tərk ediblər”, – Azarov bildirib.

Onun sözlərinə görə, bu əməliyyat bir neçə ay ərzində hazırlanıb.
Maraqlıdır ki, Rusiya Aerokosmik Qüvvələrində cəmi doqquz belə təyyarə var. Onun dəyəri 330 milyon dollardır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90