Bayraktar şaquli qalxma və enmə pilotsuz uçuş aparatı (DİHA) ilk uçuş testini uğurla tamamlayıb.
PUA sinfinə aid olan “Bayraktar DİHA” müşahidə və kəşfiyyat məqsədləri üçün istifadə edilir.
Taktiki PUA avtonom qalxma, avtomatik uçuş, avtonom enmə və yarı-avtonom kreyser uçuş rejimlərinə malikdir. Elektrik mühərrikləri ilə havaya qalxdıqdan sonra “Bayraktar” DİHA kreyser uçuş rejiminə keçir və yanacaq mühərriki işə salınır, sonra isə uçuş kreyser rejimində keçirilir. Şaquli qalxma və enməyə malik “Bayraktar” pilotsuz uçan aparatı avtomatik marşrut izləmə, hədəf izləmə, dairəvi uçuş və bazaya qayıtma rejimlərini həyata keçirə bilən uçuşu idarəetmə sisteminə malikdir.
“Bayraktar DİHA”-nın əsas xüsusiyyətləri bunlardır:
– Rabitə məsafəsi – 150 km;
– Kreyser və maksimal sürət – 90-150 km/saat;
– Fəaliyyət və maksimum uçuş yüksəkliyi- 9000 /15000 fut;
– Havada qalma müddəti- 12 saat;
– Qanad açılımı və uzunluğu – 5 /1,5 m;
– Yükgötürmə qabiliyyəti – 5 kq;
– Maksimal uçuş çəkisi – 50 kq;
– Şaquli qalxma və enmə ilə tam avtomatik uçuş sistemi;
– Sensor yardımı ilə tam avtonom idarəetmə;
– Avtonom qalxma və enmə sistemi;
– Səhvlərə dayanıqlı sistem arxitekturası;
– Üç rejimli uçuşu idarəetmə sistemi;
– Elektro-Optik (EO) və İnfraqırmızı (İQ) kamera modulu;
– Lazer məsafəölçəni;
– Lazer göstəricisi;
– Rəqəmsal məlumat və video bağlantı sistemi.