image-2000x150
image-00backend

Baydenin evinə ildırım düşdü: Həyat yoldaşı və pişiyi…

image-728x90

ABŞ prezidenti Co Bayden bildirib ki, Havayda 2004-cü ildə baş verən yanğında az qala həyat yoldaşını, pişiyini və avtomobilini itirəcəkdi

Ulusal.az xəbər verir ki, bu barədə Ağ Evdən olan jurnalistlərdən ibarət qrup məlumat yayıb. Amerika prezidenti Maui adasındakı dəhşətli yanğınlardan sonra Havayda çıxış edib. O, 2004-cü ildə evində baş verən yanğın barədə yerli sakinlərə danışıb.

Baydenin sözlərinə görə, ildırım mənzilə düşərək naqillərə ziyan vurub. Nəticədə siyasətçi az qala həyat yoldaşını, və pişiyini itirəcəkmiş. ABŞ prezidenti qeyd edib ki, söhbət “15 il əvvəlki” işdən gedir.

Bununla belə, Amerika mediası yanğının kiçik olduğunu xatırladıb. Heç kim xəsarət almayıb, Co Baydenin həyat yoldaşı Cill özü yanğınsöndürənləri çağırıb, onlar 20 dəqiqə ərzində yanğının öhdəsindən gəlib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90