image-2000x150
image-bcdb9fb1e52abe58736a019a3abf0089backend

Baydenin bunu təsdiqləməsi an məsələsidir: Keçmiş kəşfiyyatçıdan ŞOK İDDİA

image-728x90

“Ukrayna döyüş meydanında uduzur və ABŞ-ın Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirləri uğursuzluğa düçar olub. Ona görə də Vaşinqtonun yeganə cavabı münaqişəni gərginləşdirməkdir”.

Ulusal.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards “The Daily Reckoning” jurnalında dərc olunmuş məqaləsində yazıb.

ABŞ kəşfiyyatının keçmiş rəsmisinin sözlərinə görə, Ukraynaya Amerika istehsalı olan silahların verilməsinin artan xətlə davam etməsi heyrətləndiricidir. O, öz materialında qeyd edir ki, Vaşinqton “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemləri, “Javelin” tank əleyhinə sistemləri və HIMARS reaktiv yaylım atəşi sistemlərinin təhvil verilməsi ilə başlayıb, sonra isə Ukraynanı tanklarla təmin etməyi öhdəsinə götürüb. Ukrayna prezidenti Vladimir Zelenski ardınca F-16 qırıcıları tələb edib.

“Bayden “yox” dedi, amma əvvəlcə tanklara da “yox” dedi. Çox güman ki, onun F-16-nın təhvil verilməsini təsdiqləməsi an məsələsidir”, – deyə o, öz fikirlərini bölüşüb.

Nəşr iddia edir ki, bu dəstək tədbirlərinin heç biri xüsusilə təsirli olmayıb və Kiyev münaqişəni ciddi şəkildə uduzur, çünki rus qoşunları geniş cəbhədə Ukrayna silahlı qüvvələrini yavaş-yavaş və metodik şəkildə darmadağın edir.

Qərb ölkələri daim deyirlər ki, Ukrayna döyüş meydanında Rusiyanı məğlub etməli, hərbi məhsulların tədarükünü artırmalıdır. Moskvada dəfələrlə bildirilib ki, Qərbin hərbi yardımı Kiyev üçün yaxşı heç nə vəd etmir və yalnız münaqişəni uzadır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90