image-2000x150
image-1678972358_image_750x_6412c82450662backend

Bayden Ukraynanın qələbəsindən qorxur – Bolton

image-728x90

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton hesab edir ki, ölkənin hazırkı rəhbəri Co Bayden Rusiyanın məğlubiyyətini istəyir, eyni zamanda Ukraynanın qələbəsindən qorxur.

Ulusal.az xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”da dərc olunan məqaləsində bildirib.

Bolton, həmçinin Baydeni Moskvanı təsirli şəkildə cilovlaya bilməməkdə ittiham edib. Onun sözlərinə görə, Rusiyanın eskalasiya hədələri blefdir: “ABŞ ilə NATO-nu geri itələyən Rusiyadır”.

“İndi Rusiya ilə Ukrayna arasında qarşıdurma hərbi dalana girib və indiki vəziyyət Kremlə sərfəlidir, Kiyevin Qərb tərəfdaşları isə Ukraynaya hansı silahların veriləcəyi ilə bağlı çaş-baş qalıb”, – deyə Bolton vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90