image-rt-reklam
image-1backend

Bayden Türkiyə ilə bağlı Konqresə məktub göndərdi: Gecikmədən…

image-728x90

ABŞ prezidenti Co Bayden Konqresə məktub göndərərək, F-16 döyüş təyyarələrinin Türkiyəyə satışı ilə bağlı rəsmi bildirişi Konqresə göndərəcəyini bildirib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi F-16-ların Türkiyəyə satışı ilə bağlı mövcud vəziyyəti dəyərləndirib:

“Prezident Bayden bu gün Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr komitələrinin sədrləri və üzvlərinə müraciət edərək, Türkiyə Parlamentinin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları təsdiq etməsini alqışlayıb və administrasiyasının bu barədə Türkiyəni tezliklə məlumatlandıracağını bildirib.

Bayden F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildiriş vermək niyyətini ifadə edən məktub göndərdi. O, Konqresi F-16-ların satışını gecikdirmədən prosesi irəlilətməyə təşviq etdi”.

İsveçin Türkiyə Böyük Millət Məclisində (TBMM) NATO üzvlüyü ilə bağlı protokolların təsdiqindən sonra Vaşinqton administrasiyasının yaxın vaxtlarda Türkiyəyə F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərəcəyi gözlənilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90