image-2000x150
image-baydentelefonbackend

Bayden “TikTok”u qadağan edə bilər

image-728x90

ABŞ prezidenti Co Baydenin administrasiyası senatorlar tərəfindən təqdim edilən və dövlət başçısına xarici sosial şəbəkələri, o cümlədən Çinin TikTok tətbiqini qadağan etməyə imkan verən qanun layihəsini dəstəkləyir.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın yazılı açıqlamasında deyilir.

O, prezidentin imzalaya bilməsi üçün Konqresi bu təşəbbüsü tez bir zamanda təsdiqləməyə çağırıb.

“Biz bu qanun layihəsi üzərində demokratlar və respublikaçılarla işləməyə davam etməyi səbirsizliklə gözləyirik və Konqresi onu prezidentə göndərmək üçün mümkün qədər tez hərəkət etməyə çağırırıq”, – Sallivan deyib.

Qeyd edək ki, qanun ABŞ qanunverici orqanının hər iki palatası tərəfindən təsdiqlənməlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90