Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Cənubi Qafqazı dəyişəcək.
Ulusal.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində deyilir.
Bayden həmçinin əmindir ki, bu saziş uzunmüddətli münaqişəyə son qoyacaq və “Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək”.
ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş müşaviri Harri Kemian tərəfindən oxunan ABŞ Prezidentinin mesajında deyilir: “Biz gələcək nəsillərə sülh və rifahın rəhbər prinsiplərimiz olaraq qalmasını təmin etməyi borc bilirik”.