ABŞ prezidenti Co Bayden “Çini pis uşaqlar” adlandırıb.
“RİA Novosti” ABŞ liderinin sözlərindən sitat gətirib. ABŞ lideri bu barədə 2024-cü ildə yenidən seçkiqabağı kampaniyası üçün vəsait toplama tədbirində danışıb. Onun fikrincə, Pekinin problemləri olduqda ləyaqətsiz işlər görür.
Bayden həmçinin hesab edir ki, Çin “bir çox cəhətdən” saatlı bombadır. Siyasətçi qeyd edib ki, Çin iqtisadi problemlərlə, o cümlədən yüksək işsizliklə üzləşib.
Eyni zamanda Amerika lideri əlavə edib ki, o, “Çinlə rasional münasibətlərə” ümid edir. O qeyd edib ki, Pekinə zərər vermək istəmir, lakin orda olanları izləyir.






















