image-rt-reklam
image-1backend

Bayden bu dəfə Meksika və Misir prezidentlərini səhv salıb – VİDEO

image-728x90

ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında yaddaş probleminin olmadığını bildirib, bundan sonra Meksika və Misir prezidentlərini səhv salıb.

Brifinq ABŞ prezidentinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanıb.

ABŞ tarixinin ən qocaman lideri Fələstin-İsrail münaqişəsində ABŞ-nin hərəkətlərindən danışarkən iki dəfə Misir Prezidenti Əbdülfəttah əs-Sisini Meksika prezidenti adlandırıb.

“Bildiyiniz kimi, Meksika prezidenti Sisi humanitar yardımın keçməsi üçün sərhəddəki qapıları açmadı. Mən Meksika prezidenti Sisiyə zəng vurdum və onu Qəzzaya yardım çatdırmağa razı saldım”, – deyə Bayden söyləyib.

Ağ Ev də rəhbərinin səhvini təsdiqləyib.

“Bir anda o, Misirin liderini nəzərdə tutan Meksika prezidenti ilə danışdığını söylədi”, – deyə ABŞ prezident administrasiyası məsələyə aydınlıq gətirib.

Mənbə: REN TV

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90