image-rt-reklam
image-iiiibackend

Bayden açıqlama verərkən yuxuya getdi – İsrail prezidenti məəttəl qaldı

image-728x90
ABŞ prezidenti Co Bayden İsrail prezidenti İsaak Hersoqla görüşü zamanı qeyri-adi hərəkətləri ilə gündəm olub.

Ağ Evdə İsrail prezidentini qəbul edən Co Bayden mətbuata açıqlama verən zaman yuxuya gedib.

Co Baydenin çıxışı zamanı yuxuya getməsi və danışa bilməməsi İsaaq Hersoqu və zaldakıları heyrətə salıb.

Qeyd edək ki, Baydenin prezidentliyə başlayandan bəri qəribə davranışları Amerika vətəndaşları və müxalifət tərəfindən reaksiya ilə qarşılanıb. Bayden əvvəllər də nərdivandan və velosipeddən yıxılmış, səhnədə danışdıqdan sonra boşluqla əl sıxışaraq hər kəsi təəccübləndirmişdi. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp isə Baydenin demans və Alzheimer xəstəsi olduğunu, həmçinin, onun psixi sağlamlığının yoxlanılmasını təklif etmişdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90