image-2000x150
image-cfe2eed0-3512-40bd-8005-3c3888802436backend

“Baxmut sona qədər müdafiə olunmalıdır” – Ukraynalı general səbəbləri açıqladı

image-728x90

Son günlər Ukraynanın hərbi-siyasi rəhbərliyinin açıqlamalarından belə aydın olur ki, Ukrayna Ordusu Donetsk vilayətindəki Baxmut şəhərini təhvil verməyə hazırlaşmır. Əksinə, şəhəri müdafiə edən hərbi qruplaşmanın gücləndirildiyinə dair məlumatlar daxil olur.

Ukrayna Ordusu Quru Qoşunları komandanı, general Aleksandr Sırskiy aylardır Rusiya üçün keçilməz qalaya çevrilən və böyük itkilərə səbəb olan şəhərin müdafiəsinin davam etdirilməsinin ciddi əhəmiyyət kəsb etdiyini bildirib: “Baxmutun döyüşçülərimiz tərəfindən müdafiəsinin aktuallığı yalnız artır. Şəhərin müdafiəsinin hər günü bizə vaxt qazanmağa, gələcək əks-hücumlar üçün hazırlaşmağa və ehtiyat toplamağa imkan verir. Eyni zamanda, düşmən bu qala uğrunda döyüşlərdə ən hazırlıqlı və döyüş qabiliyyətli hissələri olan “Vaqner”-in hücum qüvvələrini itirir”.
Ətraflı
Ad – 00:28

Sırskiy “Vaqner”-in başçısı Yevgeni Priqojinin Baxmutun işğalından sonra Rusiya bölmələrinin əl-qolunun açılacağı və hərbi texnikalar vasitəsilə desant və ordu qüvvələrinin gələcək hücumu üçün şərait yaranacağı barədə dediklərini xatırladıb. General deyib ki, buna imkan verilməməlidir.

Sırskiy əlavə edib ki, şəhərin müdafiə olunduğu hər gün düşmən böyük sayda qüvvə və hücum qabiliyyətini itirir. Ona görə də Baxmut sona qədər müdafiə olunmalıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90