image-rt-reklam
image-b960e692-b056-43d4-984f-527a98f5567bbackend

“BANKADAKI TARAKAN KİMİ…” – Solovyovun verilişində Putin təhqir edildi

image-728x90

Tanınmış rusiyalı politoloq Yevgeni Satanovski Kremlin ən qızğın təbliğatçılarından olan Vladimir Solovyovun verilişində Prezident Vladimir Putinin ünvünına tənqid və təhqirlər səsləndirib.

Hər zaman Türkiyənin, Azərbaycanın əleyhinə olan və qatı ermənipərəst mövqeyi ilə seçilən Satanovski Putinin yerdəki vəziyyətdən, reallıqlardan xəbərsiz olduğunu, öz aləmində yaşadığını bildirib.

Satanovski həmçinin, Putini yalan danışmaqda günahlandırıb: “Paralel olaraq, hərbi sənayenin deqradasiyası baş verir. İndi(deyirlər) hərbi sənaye azca qalxıb, ya da qalxır… Bu, dəqiq belədirmi? Bilmirəm. Düşünürəm ki, Putin də bilmir. Boş yerə deyilməyib ki, o, öz limuzinində bankadakı tarakan kimi oturub…”

Xatırladaq ki, həbsindən bir müddət əvvəl Donbas separatçılarının sabiq lideri İqor Qirkin(Strelkov) Putini “həşarat” adlandırmışdı. İndi isə belə görünür ki, estafeti Kremlə yaxın, hakimiyyətə loyal politoloqlar ələ keçiriblər. Bununla yanaşı, Satanovskinin də həbsxanaya Qirkinin yanına göndərilib-göndərilməyəcəyi hələ ki, bəlli deyil.

Satanovski Putinin “qırmızı cizgilərini” də ələ salıb: “Onun(Putinin-red.) sözçüsü hərdən elə cəfəngiyyat danışır ki… Məni “qırmızı cizgilər” barədə deyilənlər çox qıcıqlandırır. Onlar artıq təsirini itirib. “Qırmızı cizgilər”, “məsuliyyət daşıyacaqlar” kimi ifadələr kimə təsir edir? Düşmənə heç bir təsir etmir, dostları isə iyrəndirir… Artıq “qırmızı cizgilər” barədə danışanların başından tutub soyuq suya basmaq lazımdır, o vaxta qədər ki, axmaq şeylər danımasınlar…”

Satanovski burada ad çəkməsə də, söhbətin Putindən və Medvedevdən getdiyi şübhəsizdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90