image-rt-reklam
image-2backend

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

image-728x90

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş təsdiq edilib.

Ulusal.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Qanun layihəsi vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını və vergidən yayınma hallarının qarşısının alınmasını, həmçinin bu sahədə bir sıra digər məsələlərin həllini təmin edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90