image-rt-reklam
image-1backend

Azərbaycana gətirilən monqol qoyunları ilə bağlı QORXUNC İDDİA

image-728x90

Son günlər ölkədə ətin qiymətində artım baş verməklə yanaşı, bu istiqamətdə idxal da davam edir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, keçən il Azərbaycana Monqolustandan 391 ton qoyun əti gətirilib. Məlumata görə, bu ilin rəqəmləri daha da çox ola bilər, çünki ordan kilosu cəmi 5–6 manata alınır:

“Monqolların çoxu Tibet buddizminə inansa da, qədim tengrizm adətlərini qoruyublar. Onlara görə torpağı, çayı çirkləndirmək günahdır. Buna görə heyvanı öldürəndə qarınlarından kiçik dəlik açıb əllə ürəyi damardan ayırırlar. Həm də düşünürlər ki, heyvan bu ölümlə əziyyət çəkmir. Qan torpağa düşmədən əzələlərin içində qalır. Bu isə problemlidir, çünki qan viruslar, bakteriya və mikroblar üçün ən yaxşı qida mühitidir.

Özləri üçün problem deyil, dərhal parçalayaraq uzun-uzadı qaynadıb yeməyi xoşlayırlar. Beləliklə qan onların menyusunda suda laxtalanıb itir. Bizim üçün isə kəsirlər, anbarda toplayırlar, qablaşdırırlar və uzun zaman keçir, sonra həftələrlə yol gəlir və kababxanalara, topdansatış məntəqələrinə paylanır, hansısa həftələr, aylar içində satılır. Bildiyiniz kimi, manqalda qısa bişirmə ilə bütün parazit və mikroblar ölmür.

Avropa İttifaqı belə əti, ümumiyyətlə, ərazisinə buraxmır, çünki standartlara cavab vermir. Yalnız çox məhdud miqdarda, ciddi sertifikat və laborator yoxlamalardan sonra qəbul edirlər. Ona görə də idxal etmək heç kimə sərf etmir. Keçən il Monqolustandan Avropaya cəmi 20 min dollar dəyərində hissələr (əsasən quyruq) aparılıb. Bizim balaca Azərbaycanımıza isə eyni ildə 1,5 milyon dollar dəyərində Monqolustan əti gətirilib”.

Əgər standartlara cavab vermirsə, həmin ətin ölkəmizə gətirilməsi nə dərəcədə uyğundur və hansı problemlərə yola aça abilər?

Məsələ ilə bağlı qida məsələləri üzrə ekspert Ağa Salamov “Cebheinfo.az”-a bildirib ki, ölkəyə idxal olunan ət və ət məhsulları kimi riskli məhsullar AQTA-nın nəzarəti ilə gömrükdən keçərkən müvafiq ekspertizadan keçir:

“Ondan sonra ölkəyə idxal olunur. Burada da risk göstəriciləri, yəni bakteriya yükünün nə qədər olması, mikrobioloji çirklənmə və digər hallar laboratoriyada analiz olunandan sonra ölkəyə buraxılır. Əgər burada bir risk olarsa, dövlət də buna qarşı çıxar və ölkəyə gətirilməsinin qarşısını alar. Məsələn, Salmonella bakretiyası yükünün daha çox olması kütləvi qida zəhərlənmələrə səbəb olur və bu da dövlətin maraqlarında deyil.

Ona görə də bu cür çirklənmiş ətlər ölkəyə gətirilə bilməz. Bundan əlavə, ölkəyə gətirilən ət məhsulları dondurucu maşınlarda gəlməlidir. Çünki uzaq yol qət etdiyinə görə burada risk qaçılmaz olar. Soyuq qida zəncirində daşınması mütləqdir. İstehlakçılar bir qədər ehtiyatlı olsunlar, satışda olan ət məhsullarının, baytar nəzarəti və müvafiq sənədləri tələb etmə hüquqları var. Ondan sonra həmin ətləri alıb istehlak edə bilərlər”.

Ekspertin sözlərinə görə, ətin çirklənməsi böyük bir məsuliyyətsizlikdən də irəli gəlir:

“Məsələn, maral, ceyran və digər heyvanları ovlayanda ox, yaxud güllə ilə vururlar. Sonra onu kəsim yerlərində kəsirlər. Yəni ov heyvanlarının başını kəsmirlər, güllə ilə vururlar. Əsas heyvanın necə öldürülməsi deyil, əsas ətin çirklənməsidir. Burada dini inanclarımızı götürsək, “bismillah”la kəsilməsi, üzü qibləyə olması önəmlidir. Bu Monqolustan ətlərinin dini baxımdan şübhəli olduğu deyilə bilər. Bunu ilahiyyatçılar daha yaxşı bilər.

Ancaq əti çirkləndirən əsas mühit temperaturunda uzun müddət saxlanmasıdır. Məsələn, 20 dərəcə temperaturda uzun müddət otaq şəraitində qalan ət qida zəncirində olan qırılmalar, yaxud düzgün şərtlər altında daşınmır. Yaxud maşındakı soyuducu xarab olur, ona baxmayaraq məsuliyyətsiz şəkildə ət daşınır və çirklənməyə məruz qalır. Bu da qida zəhərlənməsinə səbəb olur”. Eksert qeyd edib ki, Azərbaycan idxaldan asılı ölkədir:

“Çünki bizdə fermer sayı yoxdur, örüş yerləri yoxdur, suvarma zəifdir. Bu məsələ aktual olaraq qalır, hələ də həllini tapmayıb. Nə qədər ki, insanları fermerlikdən uzaqlaşdıran məqam olacaq, fermerlərin sayını azaldacaq. Bu da heyvanların sayının azalmasına gətirib çıxaracaq ki, ölkəni təminetmə gücündə olmayacaq. İstər Gürcüstan, istər Ukrayna, istərsə də Monqolustan olsun, idxaldan asılı qalacağıq. Ancaq məsələ orasındadır ki, idxal olunan ətin çirklənmə səviyyəsi olmamalı və sağlam şəkildə idxal olunmalıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90