Azərbaycan və Qırğızıstan hidrometeorologiya sahəsi üzrə əməkdaşlığı müzakirə edib.
Ulusal.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, xidmətdə Qırğız Respublikasının təbii resurslar ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub. Qırğız rəsmiləri Situasiya Mərkəzi ilə tanış olub və mərkəzin fəaliyyəti, ölkəmizdə hidrometeorologiya sahəsində görülən işlər barədə məlumatlandırılıb.
Həmçinin, qırğız rəsmiləri ilə hidrometeorologiya sahəsi üzrə iki ölkə arasında əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb.