Almaniya Azərbaycanı və Ermənistanı cəsarətli addımlar atdıqlarına və etimadın yaradılmasına görə təbrik edir.
Bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffen Hebstreit özünün “X” sosial şəbəkə səhifəsində yazıb.
“Biz suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan nizamlanma prosesini dəstəkləməyə hazırıq”, – Şteffen yazıb.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar nəticəsində əsirlərin mübadiləsi ilə bağlı razılıq əldə olunub. Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə 2 azərbaycanlı əsgəri azad edəcək.






















