image-rt-reklam
image-4backend

Azərbaycan Milli Musiqi Günü Tbilisidə qeyd olunub

image-728x90

Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Milli Musiqi Günü qeyd olunub.

Ulusal.az xəbər verir ki, “Alyans Gənclər Mərkəzi”nin təşkil etdiyi tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı, konservatoriyanın rektoru, müəllim və tələbə heyəti, eləcə də Alyansın üzvləri iştirak ediblər.

Rektor Qeorqi Vaçinkadze çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrdən danışıb, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib. Rektor Heydər Əliyev Fondu tərəfindən 6 görkəmli Azərbaycan bəstəkarının milli musiqi notlarından ibarət kitabların “Alyans Gənclər Mərkəzin”in təşəbbüsü ilə Konservatoriyaya təqdim olunmasına görə təşəkkür edib.

Azərbaycanın Gürcüstandakı səfirliyininməsul əməkdaşı Ramiz Hacızadə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada anadan olan dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün və Milli Musiqi Gününün Tbilisidə qeyd olunması olduqca təqdirəlayiqdir. Bu, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin, xüsusən də mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bir daha sübut edir.

Sonra azərbaycanlı tələbə Mədinə Durmuşova “Çırpınırdı Qara dəniz” və “Ay Laçın”, Ramin Pirməmmədov isə tarda “Ayrılıq” və “Bakı gecələri ” mahnılarını ifa ediblər.

Daha sonra “Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrahova və başqaları çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, Gürcüstanın mədəniyyət və incəsənət xadimlərinin onun haqqında dedikləri fikirlər, eləcə də , Tbilisidə doğulmuş azərbaycanlı musiqiçilər barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən göndərilmiş kitablar bu gün Konservatoriyanın kitabxanasına təqdim edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90