image-2000x150
image-qazbackend

Avropada qaz elə qiymətə oldu ki…

image-728x90

Avropada qazın qiyməti rekord həddə ucuzlaşıb.

Avropada təbii qazın birja qiyməti martın 9-da ticarətin əvvəlində 2021-ci ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb. Londonda yerləşən ICE birjasının məlumatına görə, Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə aprel fyuçersləri təxminən dörd faiz azalaraq min kubmetr üçün 450 dollardan aşağı düşüb.

Günorta saatlarında qazın qiyməti min kubmetr üçün 452 dollara qayıdıb.

Hərracda əvvəlki rekord ötən cümə günü – martın 3-də keçirilən sessiya zamanı qeydə alınıb. Sonra fyuçers qiyməti 23 avqust 2021-ci ildən bəri ilk dəfə min kubmetr üçün 500 dollardan aşağı düşüb.

Qışda Avropada qazın qiyməti 3 dəfə ucuzlaşıb. 2022-ci il noyabrın 30-da fyuçerslər 1000 kubmetr üçün 1550 dollara alınıb, fevralın 28-də isə ticarət 515 dollar səviyyəsində bağlanıb.

Analitiklər qiymətlərin enməsinə səbəb kimi Avropada mayeləşdirilmiş təbii qazın (LNG) stabil tədarükü və isti qışı göstərirlər ki, bu da Aİ ölkələrinə enerji böhranından qaçmağa imkan verib.

Eyni zamanda, qaz anbarlarının doluluq səviyyəsi 60 faizdən aşağı düşüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90