image-2000x150
image-zelenskibackend

Avropa Yayım Birliyi Zelenskinin bu istəyini RƏDD ETDİ

image-728x90

Ukrayna Prezidenti Volodimir Zelenskinin “Eurovision”un finalında videomüraciət etmək istəyi rədd edilib.

Bu barədə “Times” Avropa Yayım Birliyinin (AYB) nümayəndəsinə istinadla məlumat yayıb.

AYB nümayəndələri bu müsabiqənin beynəlxalq əyləncə şousu olduğunu və onun təməl daşlarından birinin tədbirin qeyri-siyasi xarakter daşıması olduğunu qeyd ediblər. Ona görə də müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatların verilməsi qadağandır.

Xatırladaq ki, daha əvvəl AYB təhlükəsizlik səbəbi ilə “Eurovision 2023″ü 2022-ci ildə müsabiqənin qalibi olmuş Ukrayna ərazisindən Britaniyanın Liverpul şəhərinə köçürmək qərarına gəlib. Eyni zamanda, Ukrayna təmsilçisi avtomatik olaraq yarışın finalına çıxıb.

AYB həmçinin Ukrayna böhranı ilə bağlı narahatlığa görə Rusiyanın “Eurovision”da iştirakını dayandırıb, çünki Rusiyanın iştirakı müsabiqənin nüfuzuna xələl gətirə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90