image-rt-reklam
image-64e3a44e189b8backend

Avropa İttifaqında şirkətlər iflas EDİR: SOK STATİSTİKA

image-728x90

2023-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində şirkətlərin iflası ilə bağlı müraciətlərin sayı rekord səviyyəyə yüksəlib.

Ulusal.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, həmin dövrdə Aİ ölkələrində şirkət iflaslarının sayı əvvəlki rüblə müqayisədə 8,4 faiz artaraq 2015-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım 23,9 faizlə yaşayış və ictimai iaşə xidmətlərində, 15,2 faizlə daşınma və anbarda, 10,1 faizlə təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində olub.

2022-ci illə müqayisədə iflas ərizələrində ən çox artım müşahidə olunan ölkələr Macarıstan (40,8 faiz), Latviya (24,8 faiz) və Estoniya (24,6 faiz) olaraq qeydə alınıb.

İkinci rübdə yeni açılan şirkətlərin sayı da əvvəlki rüblə müqayisədə 0,6 faiz azalıb.

Avropadakı enerji böhranı və inflyasiya, xüsusən də ərzaq qiymətlərindəki artım kimi səbəblər Aİ daxilində iflasların artmasına səbəb olur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90