image-2000x150
image-111backend

Avrokuboklar tarixində ən çox titul qazanmış 10 baş məşqçi – SİYAHI

image-728x90
Avrokuboklar tarixində ən çox titul qazanmış baş məşqçilərin adları müəyyənləşib.

10 nəfərlik siyahıya Karlo Ançelotti başçılıq edir.
Hazırda İspaniyanın “Real Madrid” klubuna rəhbərlik edən italiyalı mütəxəssis karyerası ərzində 9 dəfə Avropa arenasında mövsümü kubokla başa vurub. Onu 7 nailiyyətlə Aleks Ferqyuson və Covanni Trapattoni izləyirlər.
İlk “10-luq”da qərarlaşan Pep Qvardiola və Joze Mourinyo bu mövsüm siyahıda irəliləmək imkanına malikdirlər. Çünki hər iki mütəxəssisin komandası avrokubokların finalında iştirak edəcək. İngiltərə klubu “Mançester Siti” Qvardiolanın rəhbərliyi altında Çempionlar Liqasının, Mourinyonun sükanı arxasında olduğu İtaliya “Roma”sı isə Avropa Liqasının final matçına çıxacaq.
Adıçəkilən komandalar qitənin birinci və ikinci dərəcəli turnirlərini qalib başa vursalar, həm Qvardiola, həm də Mourinyo Avropada 6-cı kubokuna yiyələnəcək və 4-cü yerə şərik olacaqlar.
Bu baş verərsə, ispaniyalı və portuqaliyalı mütəxəssisin komandası avqustun 16-da UEFA Superkuboku uğrunda görüşdə üz-üzə gələcəklər. Həmin matçda qalib gələcək komandanın baş məşqçisi isə titul sayında 2-ci yerə şərik olacaq.
1. Karlo Ançelotti – 9 titul
2-3. Aleks Ferqyuson – 7
Covanni Trapattoni – 7
4. Arriqo Sakki – 6
5-10. Bob Peysli – 5
Zinəddin Zidan – 5
Pep Qvardiola – 5
Nereo Rokko – 5
Lui Van Qaal – 5
Joze Mourinyo – 5
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90