image-2000x150
image-yigma-696x522backend

AVRO-2024: Millimiz Avstriyaya böyük hesabla uduzdu – VİDEO

image-728x90

Futbol üzrə Azərbaycan yığması Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb.

Ulusal.az xəbər verir ki, yığmamız səfərdə Avstriya ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib.

Oyunda hesab 28-ci dəqiqədə açılıb. Marsel Sabitzer ev sahiblərini hesabda önə keçirib. Cəmi 1 dəqiqə sonra Mixael Qriqoriç Avstriya yığmasının üstünlüyünü iki topa çatdırıb. Marsel Sabitzer 50-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. 64-cü dəqiqədə millimizin kapitanı Emin Mahmudov qollardan birinin əvəzini çıxsa da, yığmamızın bundan artığına gücü çatmayıb. 69-cu dəqiqədə fərqlənən Kristof Baumqartner oyunda yekun hesabı müəyyənləşdirib – 4:1.

Qrupun digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəliblər. Belçika millisinin hücumçusu Romelu Lukaku het-trik edib.

Qeyd edək ki, Azərbaycan yığması Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-də İsveçə qarşı keçirəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90