image-2000x150
image-rusiya-cinbackend

Asian Times: Çin gözlərini Sibir və Uzaq Şərqə dikib

image-728x90

Çinin Təbii Sərvətlər Nazirliyi fevralın 14-də Rusiya ərazisinin bir hissəsinə Çin adlarının verildiyi dünya xəritəsi yeni versiyasını dərc edib.

Bu xəritədə Vladivostok “Dəniz xiyar körfəzi” mənasını verən Hayşenvay, Saxalin adası – Kuedao, əsas dağ silsiləsi “Xarici Sinyan silsiləsi” adlanır.

Təhlilçi U Hantszun fevralın 20-də bəyan edib ki, Çin xalqı “qeyri-bərabər müqavilələr çərçivəsində” 19-cu əsrin sonundan bəri 1,7 milyon kvadrat kilometr ərazini Rusiya İmperiyası və Sovet İttifaqının xeyrinə itirib. O, hazırda bu ərazilərin Rusiyanın Uzaq Şərq bölgəsi adlandığını qeyd edib.

Rusiya hökuməti hələlik bununla bağlı şərh verməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90