image-rt-reklam
image-1backend

Argentinanın pley-offdakı rəqibi müəyyənləşdi

image-728x90

Amerika kubokunda 3-cü turun oyunları davam edir.

Ötən gecə B qrupunun son oyunlar keçirilib. Venesuela Yamaykanı 3 cavabsız qolla məğlub edib, Meksika və Ekvador komandaları isə qolsuz bərabərə qalıb.

Venesuela qrupu 9 xalla birinci sırada bitirib. Ekvador (4) ikinci, Meksika (4) üçüncü, Yamayka (0) isə dördüncü olub.

Bununla Amerika Kubokunun ilk 1/4 final cütlükləri məlum olub. Bunlar Argentina – Ekvador və Venesuela – Kanadadır. Görüşlər müvafiq olaraq iyulun 5-də və 6-da (Bakı vaxtı ilə 05:00-da) keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90