image-rt-reklam
image-qrizmannbackend

Antuan Qrizmann PSJ yolunda 

image-728x90

PSJ Kilian Mbappenin yerini tuta biləcək futbolçunu müəyyənləşdirib.

Parislilər 25 yaşlı hücumçunun mümkün gedişi zamanı onu Antuan Qrizmannla əvəzləmək istəyir. Bu barədə “Marca” məlumat yayıb.

Paytaxt klubunun rəhbərliyi “Atletiko”nun hücumçusunun gələcək layihənin mərkəzində olmasını zəruri hesab edirlər. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone isə fransız futbolçunun getməsini istəmir. 32 yaşlı hücumçunun özü də buna can atmır.

“L’ Equipe” iddiasına görə, Qrizmannın müqaviləsində 25 milyon avroluq sərbəst qalma maddəsi var. PSJ bu məqamdan yararlanaraq futbolçunu ucuz qiymətə transfer etmək istəyir.

Qrizmann La Liqanın son mövsümündə 15 qol vurub və 16 məhsuldar ötürmə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90