Cari ilin 11 ayı ərzində Türkiyənin turizm statistikası açıqlanıb.
Ulusal.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, həmişəki kimi turist sayına görə, ilk yeri Antalya tutub. Belə ki, bu şəhər turist sayında bütün zamanların rekordunu qırıb.
Məlumata görə, cari il yanvarın 1-dən noyabrın 30-dək Antalyaya gələn turistlərin sayı 15 milyon 371 min 773 nəfərə çatıb.
Bu il Antalyaya ən çox turist göndərən ölkələr sırasında Rusiya öndə gəlib. Rusiyadan Antalyaya gələn turistlərin sayı 3 milyon 401 min 704 nəfər təşkil edib. Sonrakı yerləri 3 milyon 285 min 822 qonaqla Almaniya, 1 milyon 188 min 263 turistlə İngiltərə tutub.