2023-cü ildə turist sayında və turizm gəlirində bütün zamanların rekorduna çatan Antalya 2024-cü ilə də bu sürətlə başlayıb.
Ulusal.az xəbər verir ki, dünyanın hər yerindən turistləri özünə cəlb edən şəhər keçən il 16 milyon 84 min 737 turist qəbul edib.
Antalya Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında Antalyaya 229 min 97 turist gəlib.
Keçən il yanvar ayında şəhərə 220 min 10 nəfər gəlib və bu il qonaqların sayında ötən illə müqayisədə 4,13 faiz artım olub. Rusiyalılar 57 min 366 nəfərlə Antalyaya gələn turist sayında birinci yerdədir. Ondan sonra Almaniya (39 min 427), İngiltərə (17 min 930) və Polşa (9121) gəlir. İlk 10-luğa daxil olan digər ölkələr isə Ukrayna, Qazaxıstan, Hollandiya, İran, Belçika və Qırğızıstandır.