image-rt-reklam
image-6backend

Anna Malyar: “210,5 kvadrat kilometr ərazi azad edildi”

image-728x90

Ulusal.az xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, iyunun əvvəlindən ordunun əks-hücuma başlamasından sonra ümumilikdə 210,5 kvadrat kilometr ərazini azad ediblər.

Malyar sosial media hesabından etdiyi paylaşımda cənub və şərq cəbhələrindəki vəziyyəti dəyərləndirib.

Ukrayna müdafiə qüvvələrinin cənubda Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirdiyini bildirən Malyar Ukrayna qoşunlarının Makarivka-Staromayorske, Novodarivka-Priyutne, Mala Tokmaçka-Novopoktikovka, Pyatihatki-Qrozove istiqamətlərində hücum əməliyyatları həyata keçirdiyini və və uğurlu olduğunu deyib.

Ukrayna ordusunun son bir həftədə müdafiə xəttindən Rusiya qoşunlarının yerləşdiyi dərinliklərə qədər irəlilədiyini qeyd edən Malyar “(Cənubda) son bir həftədə azad edilən ərazi 10,9 kvadrat kilometr artıb” ifadəsini işlədib.

İyulun 10-16-da Tavriya istiqamətində ruslara məxsus 134 silah və texnika, 36 döyüş sursatı, 2 yanacaq çəni, bəzi maşın və sistemlərin məhv edildiyini bildirən Malyar 50 Rusiya əsgərinin əsir götürüldüyü barədə məlumat paylaşıb.

Son bir həftədə şərq və cənubda həyata keçirilən hücum əməliyyatları nəticəsində təxminən 18 kvadrat kilometr ərazinin xilas edildiyini ifadə edən Malyar “Hücum başlayandan bəri cəmi 210,5 kvadrat kilometr ərazi xilas edilib” deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90