Rusiya futbol komandasının qapıçısı Andrey Lunev “Qarabağ” futbol klubunu tərk edib.
“Qarabağ” 32 yaşlı qolkiperlə 2023/24 mövsümünün sonunda başa çatan müqaviləni yeniləməyib.
Daha əvvəl qapıçının agenti Anton Smirnov Lunevin ötən mövsüm üçün 200 min avro maaş aldığını bildirmişdi. Bu da futbolçunun səviyyəsinə uyğun gəlmıdiyini deyib.
Müxtəlif məlumatlara görə, Lunev mövsüm üçün 600 min avro istəyib, bu isə klubu qane etməyib. Tərəflər razılığa gələ bilməyiblər.
Lunev Azərbaycan klubuna ötən yay keçib. “Qarabağ”ın tərkibində Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.