image-2000x150
image-abs-ukraynabackend

Amerikadan Ukrayna ilə bağlı prinsipial şərt: “Bütün əraziləri qaytarmaq…”

image-728x90

“Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə son qoymaq şərtləri ilə bağlı daha sərt mövqe tutmağı düşünür. Vaşinqton bütün itirilmiş ərazilərin Kiyevə qaytarılmasında israr edə bilər”.

Bu barədə ABŞ-ın nüfuzlu “The Times” nəşri yazır.

“Məqsəd Ukraynanın suverenliyini və müstəqilliyini təmin etməkdir və bu, ərazilərin qaytarılması demək olacaq”, – ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbə nəşrə bildirib.

Nəşrin mənbəsinin sözlərinə görə, ABŞ yaxın gələcəkdə hadisələrin belə inkişaf edəcəyini gözləmir. Buna baxmayaraq, Vaşinqton “Ukraynanın müstəqil demokratik ölkə kimi sağ qalmasına kömək etmək üçün” Kiyevi dəstəkləmək niyyətindədir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90