image-2000x150
image-344534375_246066201310830_6291526427786827800_nbackend

“Amerika Yaxın Şərqdəki qırıcılarını qaya parçalayan bombalarla təchiz edib”

image-728x90
 Amerika ordusu Yaxın Şərqdə İrandan gələ biləcək təhlükələrin qarşısını almaq üçün bu bölgədəki qırıcılarını “113 kq qaya parçalayan” bombalarla təchiz edib. Ulusal.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri Aməlumat yayıb.
Cümə günü dərc edilən xəbərə görə, İraq və Suriyadakı hədəflərə qarşı istifadə edilən həmin bombalar “A-10 Wartag” səssiz qırıcılara quraşdırılacaq.
Bu bombalar bunkerlər və yeraltı beton qurğular kimi möhkəmləndirilmiş yeraltı hədəfləri məhv etmək üçün istifadə olunur.
ABŞ rəsmiləri həmçinin “Wall Street Journal”-a bildiriblər ki, sözügedən bombaların İran İslam Respublikası tərəfindən dəstəklənən silahlı birləşmələrin geniş fəaliyyət göstərdiyi Suriya və İraq kimi ölkələrdə möhkəmləndirilmiş hədəfləri məhv etmək şansı daha çoxdur.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90