image-rt-reklam
image-1backend

Almaniyada mühacir böhranı: İfrat sağçılar hakimiyyətə gələcək?

image-728x90

Aİ-nin məlumatları son qaçqın axınının miqyasını ortaya qoysa da, immiqrasiya təzyiqi Almaniyada ifrat sağçıları gərginləşdirib. Mühacir təşkilatları isə çətin şərtlərdən və seçkilərdə ifrat sağçıların mümkün qələbəsindən narahatdırlar.

Ulusal.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Sığınacaq Agentliyinin son məlumatları bütün Avropada həyəcan təbili çalır. Avropa İttifaqında qaçqınların sayı 1,4 milyon nəfərə çatıb ki, bu da 2015-2016-cı illərdəki miqrant böhranından bəri ən yüksək səviyyədir. Bu nəticələrin Avropada qarşıdan gələn seçkilərin nəticələrini müəyyən edəcəyi bildirilsə də, mühacir təşkilatları ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) yüksəlişindən narahatdırlar.

“Haber Global Web Özəl”ə açıqlama verən Mecklenburq Əyalətinin Mühacirət Nümayəndəsi Şeyhmus Atay Almaniyaya mühacir axını və ifrat sağın yüksəlişini dəyərləndirib.

O qeyd edib ki, düşərgələrdə əfqan və suriyalıların sıxlığı gözə çarpır:

“Türklərin sayı da artır. Almaniyada indi bütün gündəm immiqrantlardır. Siyasəti qaçqınlar müəyyən edir. İfrat sağçılar, xüsusən də AfD bir çox ştatlarda səslərini artırıb. Məsələn, Saksoniyada AfD-nin səsi 30 faizə yüksəlib. Bu, demokratiyamız üçün çox təhlükəli bir şeydir”.publika.az

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90