image-2000x150
image-timthumbbackend

Almaniya Ukraynaya 3 milyard avro dəyərində tank və pilotsuz təyyarələr verib

image-728x90

Almaniya Ukraynaya 2,7 milyard avro dəyərində hərbi texnikanın böyük partiyasını göndərəcək, bu, mayın 14-də, Axendə Ukrayna prezidenti Vladimir Zelenskiyə Böyük Böyük Karl mükafatının verilməsi ilə eyni vaxtda elan oluna bilər, Der Spiegel mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Ukrayna ordusu 30 Leopard 1 tankı, 20 Marder piyada döyüş maşını, 200 kəşfiyyat pilotsuz təyyarəsi, İRİS-T hava hücumundan müdafiə sistemləri, raketlər və maddi-texniki təminat üçün maşınlar alacaq.

Böyük Karl Mükafatı Avropanın birləşməsinə yönəlmiş səylərə görə verilir və Almaniyanın qərbindəki Axen şəhərində keçirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90