image-rt-reklam
image-gsv5xghgubljpmeucbbd466khubackend

Almaniya millisinin kapitanı türk oldu

image-728x90

Futbol üzrə Almaniya millisinin yeni kapitanının adı müəyyənləşib.

Ulusal.az xəbər verir ki, kapitan sarğısı “Barselona”da çıxış edən İlkay Gündoğana həvalə edilib. Bunu komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında açıqlayıb.

“Bayern”nin müdafiəçisi Jozua Kimmix isə vitse-kapitan təyin edilib.

Almaniya millisinin əsas kapitanı Manuel Noyer zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90