image-rt-reklam
image-img-20241206-wa0094backend

Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilib – FOTOLAR 

image-728x90

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 29-dan dekabrın 6-dək Almaniya, Avstriya və İsveçrənin 14 turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin yaranması və əməkdaşlığın təşviq edilməsi məqsədilə 35-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Səfər müddətində almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələri Bakının turistik əhəmiyyətli yerləri ilə yanaşı, Naxçıvanda Xan Sarayı, Əlincə qalası, Nuhun türbəsi, Möminə Xatun türbəsi, Duzdağ və digər yerləri ziyarət ediblər, mədəni, tarixi, təbiət turizmi üzrə turizm məhsulları ilə tanış olublar.

2024-cü ilin yanvar-noyabr aylarında Almaniya, Avstriya və İsveçrədən ümumilikdə Azərbaycana 25 599 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26% artımdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90