image-rt-reklam
image-1backend

Alman generalları Krım körpüsünü partlatmaq istəyir? – Simonyanın iddiası qalmaqal yaradıb

image-728x90

Kremlin ən çirkin təbliğatçılarından olan Marqarita Simonyan Almaniya generallarının Krım körpüsünü partlatmağı planlaşdırdıqlarını və bunu müzakirə etdiklərini iddia edib.

Ulusal.az xarici KİV-ə istinadla xəbər verir ki, Simonyanın bu iddiasına və Rusiya tərəfinin etirazlarına cavab olaraq, rəsmi Berlin sözügedən məlumatları yoxlayacağını vəd edib.

Belə ki, Almaniya Müdafiə Nazirliyinin rəsmi sözçüsü Federal Hərbi Əks Kəşfiyyat İdarəsinin (BAMAD) insidenti yoxlamaq üçün “bütün lazımi tədbirlərə başladığını” söyləyib. Araşdırma Marqarita Simonyanın “Taurus” raketlərinin necə yerləşdirilə və Krım körpüsünü vura biləcəyi ilə bağlı Almaniya Hərbi Hava Qüvvələrinin bir neçə generalı arasında iddia edilən danışığı dərc etməsi ilə bağlıdır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Almaniya hökuməti mənşəyi məlum olmayan səs yazısındakı sözləri izah etməlidir, əks halda Berlinin “günahını boynuna aldığı” hesab ediləcək.

Rusiya mediasındakı bu “kompromat”ın Almaniyada Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin mümkün tədarükü ilə bağlı müzakirələrin yenidən gücləndiyi bir vaxtda ortaya çıxması maraq doğurur. Belə ki, federal hökumət bu addımı qəti şəkildə rədd edir. Bu həftə Almaniya kansleri Olaf Şolts bir daha Ukraynaya “Taurus” raketlərinin göndərilməsini istisna edib. O, bunu Ukraynanın həmin raketlə Moskvanı belə vura biləcəyi ilə izah edib. Ancaq bir çox mütəxəssislər Ukraynanın əsas hədəfinin Moskva yox, Krım körpüsü olduğunu bildirirlər.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90