image-2000x150
image-1backend

“AKINCI”- növbəti sınaq uçuşunu da müvəffəqiyyətlə başa vurub – 100 kilometrdəki hədəf məhv edilib 

image-728x90

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan “AKINCI” pilotsuz uçuş aparatı (PUA) yerli istehsal olan “Çakır” raketi ilə 100 kilometrdəki hədəfi uğurla məhv etməyi bacarıb.

Ulusal.az  xəbər verir ki, bu barədə “Baykar” şirkətinin icraçı direktoru Səlcuq Bayraktar sosial şəbəkə hesabından paylaşım edib.

S. Bayraktar sınaq uçuşu ilə bağlı həmin videonu “Türk aviasiyasının qızıl dövrü” başlığı ilə yayımlayıb. O, paylaşımında bu sözləri yazıb:“Türk aviasiyasının qızıl dövrü… “Bayraktar AKINCI”, “Roketsan” tərəfindən hazırlanmış “Çakır” raketi ilə ilk atış sınağını müvəffəqiyyətlə başa vurub”.

Qeyd edək ki, atış testində 800 km/saat sürətə çatan “Çakır” -ın hədəfini vurduğu anlar böyük həyəcanla izlənilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90