image-rt-reklam
image-4backend

Afrikalı keşiş: “Bayden Nigerə girsə, Allahın qəzəbinə gələcək”

image-728x90

Nigerli keşiş, Afrika yevangelist kilsəsinin rəhbəri İlyas Ayodele ABŞ prezidenti Co Baydeni Nigerə hücum edəcəyi təqdirdə Allahın qəzəbinə düçar olacağınə deyib.

Bu barədə Nigerin “Daily Post” nəşri yazıb.

Ayodele xəbərdarlıq edib ki, üsyançıların prezident Mohamed Bazumu devirdiyi Nigerin işğalı üçüncü dünya müharibəsinə səbəb ola biləcək hərəkətdir. Keşiş deyib ki, ABŞ-ın respublikanı işğal etməsi “şeytani və terrorçu” bir hərəkət olardı.

Ayodele Baydeni Niger xalqına öz gələcəyi barədə qərar qəbul etməyə icazə verməyə çağırıb.

“Nigerdə ​​müharibəyə getmək Allahla döyüşmək kimidir, işğal baş verərsə, ABŞ bunun üçün bədəl ödəyəcək. Bu, həm də Co Bayden hökumətini gözdən salacaq”, – Ayodele bildirib.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Nigerdə ​​üsyançılarla görüşdən sonra ölkədə hakimiyyəti ələ keçirən hərbçilərin hərəkətlərini konstitusiyaya zidd hesab etdiyini bildirib. Eyni zamanda, o, Vaşinqtonun münaqişənin həlli üçün diplomatik yollar axtarmağa davam edəcəyinə əmin edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90