image-rt-reklam
image-1backend

Afinada Ərdoğan rüzgarı davam edir: Miçotakis ona hansı istəyini çatdırıb?

image-728x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra ötən cümə axşamı Afina səfəri və 7 ildən sonra Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) yenidən toplanmasının əks-sədalarıAfinada davam edir. Yunan mediasında iki ölkə arasındakı münasibətlərdə müsbət atmosferin davam edəcəyi gözləntiləri önə çəkilib, Miçotakislə Ərdoğanın zarafatı da yer alıb.

Ulusal.az xəbər verir ki, Yunanıstanın paytaxtında ümumi rəy ondan ibarətdir ki, prezident Ərdoğan və baş nazir Kiriakos Miçotakis apreldə Ankarada, daha sonra isə Vaşinqtonda NATO sammitində yenidən görüşmək qərarına gəldiyindən, sülh atmosferi ən azı 8 ay davam edəcək. İki liderin imzaladığı “Afina Bəyannaməsi” məcburi olmasa da, “lazım olduqda xilasedici şəbəkə rolunu oynayacaq”. Afinada həmçinin iddia edilir ki, ciddi mübahisələrin həlli ehtimalı 2024-cü ilin sonunda bəlli olacaq.

“Başıma nələr gəldi”

Bu arada, iki liderin görüşü və iş yeməyi şəklində keçən YDİK toplantısından maraqlı söhbət qeydləri Yunanıstan qəzetlərinə sızdırılıb. “Kathimerini” qəzeti prezident Ərdoğanın görüş zamanı “Gəlin mühüm problemlərə həll yolları tapaq” və “Qərbi Trakya Türk Azlığının hüquqları bizim üçün hər şeydən önəmlidir” dediyini iddia edib. “Real News” saytında yer alan xəbərə görə, Ərdoğan liderlərin görüşündə tez-tez futbol oynadığını deyib. Bunun üzərinə Miçotakisin Dubayda İqlim Sammiti ərəfəsində Afinada basketbol oynayarkən yaxın dostunun dirsəyinin onun gözünə dəyməsini dediyi və “Tayyib, başıma nələr gəldi? Gözümdəki qançırları gizlətməyə çalışaraq Dubayda gəzdim” ifadələrini işlətdiyi iddia olunub.

“To Vima” qəzetində isə Miçotakisin Kapadokyaya səfər etmək və hava şarından mənzərəni izləmək arzusunu prezident Ərdoğanla bölüşdüyü qeyd olunub.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90